“MEDİA MONİTORİNQİ İNSTİTUTU”NUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (2 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Turan Servis” MMC-nin rəhbəri Samir İsmayılov və RATİ sədri Emin Hüseynovun Ədliyyə Nazirliyinə qarşı vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsinə dair qaldırdığı iddia üzrə Yasamal rayon məhkəməsinin 16 sentyabr 2009-cu il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə  çıxış edən iddiaçıların vəkili Nurlana Əliyeva bildirdi ki, Yasamal rayon məhkəməsinin iddianın icraata qəbul edilməməsi ilə bağlı 25 avqust tarixli qərardadında göstərilən  çatışmazlıqlar aradan qaldırılsa da, iş yenidən icraata götürülməmişdir. N. Əliyeva bunun ədalətli məhkəmə araşdırması və birləşmək hüququnun pozulması olduğunu bildirərək qərardadın ləğv edilməsini xahiş etdi.

Hakim şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul etdi.
Xatırladaq ki, Mehman Əliyev, Samir İsmayılov və Emin Hüseynov Ədliyyə Nazirliyinin “Media Monitorinqi İnstitutunu” qeydiyyata almaqdan imtina etməsinin qanunsuz hesab edilməsinə dair Yasamal rayon məhkəməsində iddia qaldırmış, məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ DAHA DA KƏSKİNLƏŞİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.