“MİLLƏTİM” QƏZETİNİN BAŞ MƏSLƏHƏTÇİSİ HƏBS OLUNUB

Bu gün (04 iyun) “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev həbs olunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin təsisçisi İlkin Ağalı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Tağıyev bu gün bacısı oğlu Akif Səfərovun cinayət işi ilə əlaqədar Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə çağırılıb. İlkin Ağalı bildirdi ki, Akif Səfərov Nəqliyyat naziri Ziya Məmmədovun ofisinin dinlənilməsi ilə əlaqədar ötən ilin noyabr ayında Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi “Aqroyol” Səhmdar Cəmiyyətinin sədri Eldar Əliyevlə əlbir olmaqda təqsirləndirilərək həbs olunub. “Daha sonra isə onunla qanunsuz torpaq alqı-satqı aparmaqda təqsirləndirilib. 4 ay əvvəl də Ramiz Tağıyev istintaqa çağırılmış və bu işlə heç bir əlaqəsi olmadığı barədə izahat verdikdən sonra sərbəst buraxılmışdı. Bu gün isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 6 saat dindirilən Ramiz Tağıyevə bildiriblər ki, guya bacısı oğlu Akif Səfərov rüşvət alarkən onun yanında olub Daha sonra onu Nəsimi rayon məhkəməsinə göndəriblər və məhkəmə onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb” – deyən İ.Ağalı əlavə etdi ki, bu gülməli bir ittihamdır. O, vurğuladı ki, Ramiz Tağıyevin həbs olunmasının əsil səbəbi onun jurnalist fəaliyyəti ilə əlaqədardır.
Qeyd edək ki, “Millətim” qəzeti 2009-cu ilin birinci yarısından fəaliyyətə başlayıb və həftədə 1 dəfə nəşr olunur.

Previous Post

LONDONDA EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYA KEÇİRİLİB

Next Post

EKOLOQLAR HESAB EDİRLƏR Kİ,AZƏRBAYCANDA DAŞQINLAR 120 MİN HA TORPAĞA ZİYAN VURUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.