MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ NÜMAYƏNDƏSİ MƏHKƏMƏ PROSESİNƏ QATILMAYIB

Bu gün (12 iyul) Səbayel Rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddia üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Buna MTRŞ-nın nümayəndəsinin məhkəmə prosesinə qatılmaması səbəb olub. Hakim prosesi təxirə salaraq, növbəti prosesi 19 iyul saat 14.30-a təyin edib.  

 

Xatırladaq ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.

 

Previous Post

ZÜLFÜQAR XEYİRBƏRLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ İYULUN 13-DƏ DAVAM ETDİRİLƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.