Təxminən 1 həftə bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Müalicə Müəssisəsinə köçürülən “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun vəziyyəti gərgindir.
Bu barədə RATİ-yə jurnalistin qohumu Cavidan Hüseynov məlumat verib.
Onun sözlərinə görə, müalicə olumaq üçün Müalicə Müəssisəsinə köçürülən jurnalist bu müddət ərzində əslində iztirabla üz-üzə qalıb: ”Müalicə Müəssisəsində xəstə məhbuslara verilən yemek insanın qidalanması üçün tam yararsizdir. Müşfiqi bu müddət ərzində müalicə etmeyibler. Ona deyiblər ki, səndə heç bir xəstəlik yoxdur. Vaxtı ilə xəstə olmusan, amma indi sağlamsan. Amma Müşfiq ağrılarının olduğunu söyləyib və ona dərmanların verilməsini xahiş edib. Onun bu xahişinə məhəl qoyan olmayıb. O, evlə əlaqə saxlamaq üçün imkan yaradılmasını da xahiş edib. İstəyib ki, heç olmasa ona evdən yemək və dərman gətirilsinlər. Amma buna da imkan verməyiblər.
Bunun isə səbəbi odur ki, Müşfiq öz vəziyyəti haqqında kənara məlumat verə bilməsin və həftə başa çatan kimi müalicə edilmədən müalicə müəssisəsindən çıxarılsın. Çünki ən azı bir həftə Müşfiq müayinə üçün orda qalmalıdır. Bu istəyinə nail olan Müalicə Müəssisəsi rəhbərliyi onu sabah oktyabrın 4-də geriyə – cəza çəkdiyin 2 sayli Cəzaçəkmə Müəssisəsinə qaytaracağıq”.
C. Hüseynovun sözlərinə görə, yaranmış vəziyətlə bağlı M. Hüseynov hüquq müdafiəçisi Elçin Behbudova və Qırmızı Xaç Cəmiyyətinə şikayət məktubu yazıb. Amma məktub unvanlara göndərilməyib.
Habelə bu gün ailə üzvləri də ciddi mənəvi sarsıntı ilə üz-üzə qalıblar: ”Bu gün həyat yoldaşı və 2 azyaşlı uşağı Müşfiqlə görüşüb. Görüşdən əvvəl körpələri başdan-ayağa qədər söyundurub yoxlayıblar. Bu prosesi qaba şəkildə, körpələri incidib aglatmaqla həyata keçiriblər. Həm də Müşfiqin böyuk oğlu 2-ci dərəcəli əlildir və bu baş verənlər onun səhətinə çox pis təsir edib”.
C.Hüseynovun sözlərinə görə, bütün bu baş verənlərlə bağlı M. Hüseynov hüquq müdafiəçilərinə müracət edərək onları görüşə dəvət edib.
Yeri gəlmiçkən onu da qeyd edək ki, bu gün E.Behbudov M.Hüseynovla görüşməli idi. Telefonuna zəng çatmadığına görə, bu məlumatı dəqiqləşdirə bilmədik.