“NOVRUZ MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ JURNALİSTLƏRƏ DƏSTƏK OL!

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitut (RATİ) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar həbsdə olan  jurnalistlərə və onların ailələrinə maddi yardım göstərmək məqsədi ilə “Novruz” xeyriyyə marafonu keçirdir.

 Fevralın 24-dən mart ayının 20-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin  ailələrinə paylanacaq . Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilər. Marafonda həm fərdi həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə, marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər. İştirakçılar marafonda şərti ad ilə də iştirak edə bilərlər.
     Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında (www.irfs.az) və mətbuatda dərc ediləcək.
     Marafonda iştirak etmək istəyən şəxslər Bakı şəh. R. Behbudov küç.8 mən. 85/86 ünvanında yerləşən RATİ-nin ofisinə müraciət və ya (012) 418-03-34, (055) 754-35-15 nömrəli telefonlara zəng edə bilərlər.
Previous Post

ELAN

Next Post

“NOVRUZ MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ JURNALİSTLƏRƏ DƏSTƏK OL!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.