OBYEKTİV TV-NİN ƏMƏKDAŞI QUBADA XƏSARƏT ALDI

Martın 1-də səhər saatlarında Quba şəhərinin mərkəzində 1000 nəfər şəhər sakini ilə başlayan etiraz aksiyası get-gedə genişlənərək kiçik xalq üsyanına çevrildi.

Rayon icra hakimiyyəti başçısı Rauf Həbibovun qubalıları təhqir edən çıxışına etirazlarını bu yolla bildirən sakinlərin qəzəb və hiddəti aşıb daşırdı. Aksiyaçıların sıralarının genişlənməsindən qorxuya düşən hakimiyyət şəhərə əlavə hərbi və polis qüvvələri yerləşdirdi. Polislə əhali arasında qarşıdurma yarandı. Hiddətlənmiş sakinlər icra başçısının evini yandırdılar. Onlarla aksiyaçı həbs edildi. Polis aksiyaçıları gözyaşardıcı qazla dağıtdı. Baharın ilk ayının ilk gününə təsadüf edən, tarixə “Quba iğtişaşları” kimi düşəcək bu günün həyəcanını bütün Azərbaycana ilk olaraq ümumrespublika yayımçıları olan dövlət və özəl televiziyalar deyil, müxalifət yazarları, internet mediası çatdırdı. Bu gün “Turan” İnformasiya agentliyinin əməkdaşları Tapdıq Fərhadoğlu, Fərid Arifoğlu, RATİ əməkdaşı İdrak Abbasov , “Obyektiv tv”-nin jurnalist-operatoru Rəşad Vaqifoğlu hadisə yerində olublar. Aksiya zamanı hadisələrin mərkəzində olan Obyektiv tv-nin əməkdaşı Rəşad Vaqifoğlu başından yaralanıb, RATİ əməkdaşı İdrak Abbasov qolundan xəsarət alıb. Eyni zamanda  “Azadlıq” radiosunun əməkdaşı Cavanşir Ağamalıyev, Abbas Atilay, “Turan” informasiya agentliyinin müxbiri Tapdıq Fərhadoğlu, Fərid Qəhrəmanov  və “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim İlqaroğlu gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalıblar.
Previous Post

RATİ-NİN JURNALİSTLƏRƏ QARŞI FİZİKİ TƏZYİQLƏ BAĞLI BƏYANATI

Next Post

ƏVƏZ ZEYNALLIYA AİLƏSİ İLƏ GÖRÜŞ VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.