“Turan” İnformasiya Agentliyi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun birgə layihəsi olan “Obyektiv” TV cari ilin aprel ayından fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə onlayn TV-də ifadə azadlığı, qanunun aliliyi, sərbəst toplaşmaq azadlığı, seçki azadlığı və şəffaflığa dair Azərbaycan dilində 300-dən artıq xəbər, onlarla şərhsiz süjetlər, habelə onlarla müsahibə təqdim olunub və Youtube kimi populyar video hostinq servisində yerləşdirilib. Eyni zamanda bütün video xəbərlər, müsahibələr ingilis dilində də səsləndirilərək, Youtube-də yerləşdirilmişdir.
İyul ayının əvvəlindən isə gündəlik xəbər buraxılışları ilə yanaşı Obyektiv TV-də 15 dəqiqəlik hər gün internet vasitəsilə canlı yayımlanan “Çətin sual” verilişi tamaşaçılara təqdim olunur.
Sayt (http://www.obyektiv.tv/) istifadəyə verildikdən sonra tamaşaçılar çox rahat şəkildə onları maraqlandıran mövzularda istənilən verilişi saytın arxivindən tapıb izləyə bilərlər. Həmçinin sayt vasitəsi ilə canlı yayım zamanı interaktiv çatla bu və ya digər veriliş iştirakçılarına birbaşa sual ünvanlamaq və yaxud rəylərini bildirmək imkanı verilir. Layihə ABŞ-ın Demokratiya Dəstək Mili Fondundan ayrılan $40 308 dollar maliyyə dəstəyi ilə həyata keçirilməyə başlamışdır. Daha sonra IREX-in (The International Research &Exchanges Board) media proqramı çərçivəsində layihəyə 8 565 dollar civarında maliyyə dəstəyinin ayrılmasına qərar verilmişdir.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,571/lang,az/