“OBYEKTİV” TV-NİN İNTERNET SAYTININ (WWW.OBYEKTIV.TV/) TƏQDİMATI KEÇİRİLDİ

Avqustun 10-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində  fəaliyyətinin əsas istiqaməti insan hüquqları  sahəsində mövzuları işıqlandırmaq məqsədini daşıyan onlayn televiziya  – “Obyektiv” TV-nin internet saytının (http://www.obyektiv.tv/) təqdimatı keçirildi.

“Turan” İnformasiya Agentliyi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun birgə layihəsi olan “Obyektiv” TV cari ilin aprel ayından  fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə onlayn TV-də ifadə azadlığı, qanunun aliliyi, sərbəst toplaşmaq azadlığı, seçki azadlığı və şəffaflığa dair Azərbaycan dilində 300-dən artıq xəbər, onlarla şərhsiz süjetlər, habelə onlarla müsahibə təqdim olunub və  Youtube kimi populyar video hostinq servisində yerləşdirilib. Eyni zamanda bütün video xəbərlər, müsahibələr ingilis dilində də səsləndirilərək, Youtube-də yerləşdirilmişdir.  
İyul ayının əvvəlindən isə gündəlik xəbər buraxılışları ilə yanaşı Obyektiv TV-də 15 dəqiqəlik hər gün internet vasitəsilə canlı yayımlanan “Çətin sual” verilişi tamaşaçılara təqdim olunur.
Sayt  (http://www.obyektiv.tv/) istifadəyə verildikdən sonra tamaşaçılar çox rahat şəkildə onları maraqlandıran mövzularda istənilən verilişi saytın arxivindən tapıb izləyə bilərlər. Həmçinin sayt  vasitəsi ilə canlı yayım zamanı interaktiv çatla  bu və ya digər   veriliş  iştirakçılarına birbaşa sual ünvanlamaq və yaxud rəylərini  bildirmək imkanı verilir. Layihə  ABŞ-ın Demokratiya Dəstək Mili Fondundan ayrılan $40 308 dollar maliyyə dəstəyi ilə həyata keçirilməyə başlamışdır. Daha sonra IREX-in (The International Research &Exchanges Board)  media proqramı çərçivəsində layihəyə 8 565 dollar civarında maliyyə dəstəyinin ayrılmasına qərar verilmişdir.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,571/lang,az/

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSESDƏ İDDİAÇI TƏRƏFİN ÇIXIŞLARI DİNL

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.