OSMAN GÜNDÜZ BƏLƏDİYYƏLƏRİN İNTERNETLƏ TƏMİN OLUNMASININ VACİBLİNİN VURĞULAYIB

“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası (AVCİYA) ilə birgə “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda dəyirmi masa keçirib.

Layihə ilə bağlı məlumat verən Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz  bu ilin sonuna qədər bələdiyyələrin internetlə təmin olunmasının  və onların öz saytlarının yaranmasının vacibliyini vurğulayıb. Elektron bələdiyyələrlə bağlı hazırda böyük miqyaslı işlərin görüldüyünü deyən sədr hazırda 0,5% bələdiyyənin internet resursunun olduğunu qeyd edib.
Tədbirdə AVCİYA-nın eksperti Vüqar Tofiqli bələdiyyələrdə informasiya münasibətlərinin effektiv qurulması ilə bağlı məlumat verib. Və bu sahədə kadr azlığını, maliyyə vəsaitinin azlığını və bələdiyyədə İKT-yə marağın az olduğunu  qeyd edib. Tofiqli 2750 bələdiyyə olduğu halda 14 bələdiyyədə internet resursunun mövcudluğunu və daha 12 bələdiyyədə bu resursun hazırlandığını bildirib.
Tədbirdə Nəsimi və M. Rəsulzadə bələdiyyələrinin saytlarının təqdimatı keçirilib. Məlumat Beynəlxalq Mətbuat Mərkəzinin rəsmi saytından götürülüb.

Previous Post

MTRŞ MÜBAHİSƏLİ MƏSƏLƏLƏRLƏ BAĞLI RƏY VERƏCƏK

Next Post

JURNALİSTİN VƏKİLİNİN BAŞ MÜSTƏNTİQƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.