POLİS BAYRAM AKSİYASI KEÇİRƏN JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLMAĞA CƏHD GÖSTƏRİB

Bu gün (03 may) “Xural” qəzetinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Sabirabad rayonunun Suqovuşan kəndində Türkçülük bayramı münasibətilə keçirdiyi aksiyaya polis müdaxiləsi olub.

Hadisə yerində olan RATİ-nin əməkdaşının verdiyi məlumata görə, əvvəlcə aksiyanın keçirildiyi əraziyə təxminən 300 metr qalmış Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları jurnalistlərin qarşısını kəsərək, onları əraziyə buraxmayıblar. Polis əməkdaşları foto və video çəkilişlərinin aparılmasına icazə verməyərək jurnalistlərin  peşə fəaliyyətinin yerinə yetirilməsinə mane olublar.
 Bununla əlaqədar olaraq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla telefon əlaqəsi saxlayıb. Bundan sonra isə əraziyə gələn RPŞ-nin rəis müavini, polis polkovnik leytenant Zülfi İsayevin Ə. Zeynallı ilə söhbətindən sonra jurnalistlərin Suqovuşan kəndinə getməsinə icazə verilib. Lakin aksiyada iştirak etmək istəyən yerli əhali həmin əraziyə buraxılmayıb.
Türkçülük bayramı münasibətilə təşkil olunmuş aksiyada “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, qəzetin baş direktoru Nizami Həsənov, “Poliqon” İnformasiya Agentliyinin (pia.az) baş reaktoru Şahin Ağabəyli, “Bizim Gündəm” qəzetinin baş redaktoru Məhəmməd Ərsoy, “Yeni Ümid” qəzetinin redaktoru Razi Abbasbəyli və digər media nümayəndələri iştirak ediblər.

Previous Post

İLHAM ƏLİYEV “MƏTBUATIN QƏNİMLƏRİ” SİYAHISINDA QALMAQDADIR

Next Post

AZƏR AYXANIN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.