PROKURORLUQ “YENİ MÜSAVAT” QƏZETİNƏ XƏBƏRDARLIQ ETDİ

Bakı Şəhər Prokurorluğu “Yeni Müsavat” qəzetinə xəbərdarlıq edib. Xəbərdarlıq “Yeni Müsavat” qəzetinin 24 sentyabr tarixli sayında dərc olunmuş “Bakıda terror  şayiəsi”  sərlövhəli məqaləsi ilə bağlı olub.

Bu barədə məlumatı RATİ-yə “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan verib.
Onun sözlərinə görə, bu yazı ictimaiyyət arasında dolaşan şaiə əsasında  yazılıb, habelə həmin yazıda xəbərin təsdiq olunmadığı da bildirilib.
Qeyd edək ki, sözü gedən məqalədə sentyabrın 23-də  metronun “28 May” stansiyasında  partlayışın baş verməsi ilə bağlı yayılmış saiyədən söz açılıb. Bununla əlaqədar “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və yazının müəllifi Məhəbbət Orucov Baki Şəhər Prokrorluğuna çağrılıb.

Previous Post

MƏTBUAT ŞURASI EMİN HÜSEYNOVUN “SƏS” QƏZETİ İLƏ BAĞLI ŞİKAYƏTİNƏ BAXIB

Next Post

“KASPİAN PLAZA”NIN KONFRANS ZALI FƏALİYYƏTİNİ DAVAM ETDİRİR

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.