Bu gün (25 sentyabr) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin (Zahidov) 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmalarının müsadirə edilməsinin qanunsuz elan olunması və əlyazmaların müəllifə qaytarılması iddiası üzrə növbəti məhkəmə prosesi keçirildi.
Prosesdə 1 saylı Bayıl İstintaq Təcridxanasının əməkdaşları – İsa Hüseynov, Elmar Əsədov, İslam Abbasov və Asif İsayev şahid qismində ifadə verdilər. İslam Abbasov axtarış zamanı Zahidin çantasından əlyazmaların tapıldığını və əlyazmaların təcridxananın rəisi Misir Əliyevə təhvil verildiyini, sonra isə bu faktla bağlı akt tərtib etdiklərini qeyd etdi. Amma şahidlərin heç biri kitabın məhv edilib-edilməməyi ilə bağlı yaranmış sualı cavablandıra bilmədi.
Zahidin vəkili Fariz Namazlı isə işdə iki aktın olduğunu və bu aktlardan birinin əlyazmaların məhv edilməsi üçün tərtib olunduğunu bildirdi. Bu zaman isə şahidlər hansı aktı imzaladıqları ilə bağlı vəkilin sualına cavab verə bilmədilər. Vəkil isə aktlardakı imzaların eyni olmadığını və əlyazmaların məhv edilməsi ilə bağlı aktın qeydiyyat kitabçasına daxil olmadığını qeyd etdi. Amma cavabdeh tərəfin nümayəndəsi Ağamməd Məmmədov aktdakı imzaların eyni olduğunu iddia etdi.
Daha sonra vəkil Namazlı ötən məhkəmə prosesində Misir Əliyevin məhkəmədə iştirak etməsi ilə bağlı qaldırdığı vəsatəti yenidən qaldırdı.
Daha sonra vəkil Namazlı ötən məhkəmə prosesində Misir Əliyevin məhkəmədə iştirak etməsi ilə bağlı qaldırdığı vəsatəti yenidən qaldırdı.
Vəkilin bu vəsatətini təmin edən hakim Nəsibov əlyazmaların məhv edilməsinə dair tərtib olunmuş aktı və təcridxananın qeydiyyat kitabçasının da məhkəməyə təqdim edilməsi haqqında qərar verdi.
Məhkəmə prosesi oktyabrın 3-ü saat 16:00-da davam edəcək.
Qeyd edək ki, məhkəmə prosesini ATƏT-in və Avropa Şurasının nümayəndələri də müşahidə edirdilər.
Xatırladaq ki, Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan zaman müasir Azərbaycan tarixindən bəhs edən kitab yazıb. Kitabın 300 səhifəlik əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müəllifdən alınıb. Daha sonra əlyazmalar Ədliyyə Nazirliyi Penitensiar Xidmətə göndərilib. Penitensiar Xidmətdən İstintaq Təcridxanasına qaytarılan əlyazmaların sonda məhv edildiyi bildirilir.