QƏNİMƏT ZAHİDOVUN HƏBSİ İLƏ BAĞLI ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

“Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidovun vəkili Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, baş redaktor barəsində Yasamal Rayon Məhkəməsinin çıxardığı iki aylıq həbs qət-imkan tədbiri haqqında qərardan və girov müqabilində zaminə buraxılmaması haqda qərardan  bu gün (07 dekabr) Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Xatırladaq ki, 2007-ci il noyabr ayının 11-də Yasamal Rayon Məhkəməsinin hakimi Tahir İsmaylovun qərarı ilə Q.Zahidov barəsində iki aylıq həbs qət-imkan tədbiri seçilmişdi. Noyabrın 22-də isə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov bu qərarı qüvvədə saxlamışdı. Vəkillərin baş redaktorun girov müqabilində zaminə buraxılması haqqında vəsatətləri də təmin edilməmişdi.

      E.Sadıqov onu da əlavə edib ki, eyni zamanda Avropa Məhkəməsinə ayrıca müraciət şəklində Qaradağ rayonunun sabiq icra başçısı Yaqub Əliyevin “Azadlıq” qəzetinə qarşı iddiası əsasında çıxarılmış məhkəmə qərarından da şikayət göndərilib. Xatırladaq ki, Səbayel rayon məhkəməsi 12 oktyabr 2006-cı il tarixində Y.Əliyevin “Azadlıq” qəzetinə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair iddiasını təmin edərək qəzeti 5000, məhkəməyə səbəb olan yazı müəllifinin 10 000, baş redaktor Qənimət Zahidin 5000 AZN məbləğində cərimələnməsi və qəzetin təkzib verməsi haqqında qərar qəbul etmişdi. Apellyasiya Məhkəməsi qərarı 06 fevralda qüvvədə saxlamışdı.

Previous Post

QƏNİMƏT ZAHİDOVA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLƏ BİLƏR

Next Post

YENİ TELEKANALLAR FƏALİYYƏTƏ BAŞLAYACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.