QƏNİMƏT ZAHİDOVA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLƏ BİLƏR

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidova qarşı yeni iddia irəli sürülə bilər.

     Bu xəbəri RATİ-yə baş redaktorun vəkili Elçin Sadıqov verib. Zahidovla bu gün görüşdüyünü deyən E.Sadıqov bildirib ki, Q.Zahidova qarşı provakasiya hazırlanır: “Provakasiya nəticəsində Zahidova yeni ittihamın irəli sürülə bilər”. Q.Zahid ona qarşı provokasiya hazırlayan konkret şəxslərin adlarını vəkilə bildirsə də, hələlik fakt araşdırıldığından mətbuata açıqlanmır. E.Sadıqov onu da əlavə edib ki, bu məsələ ilə əlaqədar 1 saylı Bayıl İstintaq Təcridxanasının rəhbərliyinə müraciət edilib: “Müəyyən tədbirlər görülməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”. 

Previous Post

MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSLƏŞİB

Next Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİ İLƏ BAĞLI ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.