QƏZETDƏ DƏRC OLUNAN FİKRİNƏ GÖRƏ VƏTƏNDAŞ CƏRİMƏ EDİLDİ

Bu gün (9 dekabr) Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayev vətəndaş Şirinova  Solmaz Qədimalı qızının vətəndaş Hüseynov Zakir Qəni oğluna qarşı xüsusi ittiham qaydasında şikayətini qismən təmin edən hökm verdi. Hökmə görə,  Hüseynov Zakir Qəni oğlunun 200 manat məbləğində cərimələndi.

 Prosesdən sonra  Zakir Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hakimin bu qərarından apellyasiya şikayəti verəcəyini bildirdi.

Qeyd edək ki, məhkəmə prosesinə şahid qismində dəvət olunmuş və məhkəmə mövzusu olan məqalələrin müəllifi, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Qədimov (Balaxanlı) prosesdə iştirak etməyib.

Xatırladaq ki, vətəndaş Şirinova Solmaz  vətəndaş Hüseynov Zakirin şikayət ərizəsinə əsasən  “Yeni Müsavat” qəzetinin 18. 03. 2010-cu il tarixli sayında dərc olunmuş  yazılarda “Həkim Qəninin mülkiyyəti uğrunda dava”, 21. 01. 2009-cu il tarixli sayında “Apellyasiya Məhkəməsinin hakimi qazı rolunda” və “İnter plus” qəzetinin 16-20 aprel 2009-cu il tarixli saylarında “Apellyasiya Məhkəməsi də şəriət qanunlarına “hə” dedi” və s. məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını və haqqında təhqiramiz ifadələrin işlədildiyini bildirərək, Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun Cinayət Məcəlləsinin  147 və 148-ci maddələrinə əsasən cəzalandırılmasını istəmişdi.

 

Previous Post

HƏBSDƏKİ JURNALİST PREZİDENTƏ YAZDIĞI AÇIQ MƏKTUBA GÖRƏ MÜKAFAT ALDI

Next Post

ALİ MƏHKƏMƏ EYNULLA FƏTULLAYEVLƏ BAĞLI MƏLUMAT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.