QƏNİMƏT ZAHİD MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLMƏYƏCƏK

Sentyabrın 3-də “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahiddən (Zahidov) götürülən qan analizinin cavabı hələ açıqlanmayıb.

Bunu “Media forum” xəbər saytına jurnalistin həyat yoldaşı Ayəndə Mürsəliyeva deyib.
Mürsəliyeva bu gün (15 sentyabr)17 saylı cəzaçəkmə müəssisəsində Zahidlə görüşüb. Onun bildirdiyinə görə, baş redaktor revmatizm ağrılarından əziyyət çəkir: “Onun nə saxlanma şəraitindən, nə də rəhbərlikdən şikayəti var. Sadəcə, ağrıları çox güclüdür. Hətta ona apardığım iynə-dərmanın da köməyi yoxdur. Qan analizi götürüləndən sonra kardioloq da onu müayinə edib, ürəyinin kardioqramını çıxarıblar. Lakin qan analizinin cavabı bəlli deyil. Qənimət hesab edir ki, Müalicə Müəssisəsinə köçürülməsiylə bağlı hər hansı problem olmamalıdır”.
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini Murad Süleymanov isə bildirib ki, Zahidin stasionar müalicəsi üçün heç bir əsas yoxdur: “Hazırda o, ambulator şəraitdə müalicə olunur. Ondan götürülən qan analizində də patoloji nəticə qeydə alınmayıb. Onu yüksək səviyyəli kardioloq da yoxlayıb və belə qərara alınıb ki, ciddi patologiya aşkarlanmadığı üçün ambulator şəraitdə müalicəsini davam etdirə bilər”, – deyə qeyd edən Süleymanov lazım olarsa, yenidən Zahidin həkim müayinəsindən keçirilməsini təmin edəcəyini bildirib.
Previous Post

BAYIL QESEBESINDE APARILAN TIKILIDE BAS VERMIS UCQUN

Next Post

JURNALİST RÖVŞƏN HACIYEVİN İKİ İDDİASI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.