“Trend News”-in məlumatına görə bunu bu gün (24 sentyabr) jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Qeyd edək ki, ATƏT Azərbaycan mətbuatının prezident seçkiləri öncəsi vəziyyətinə dair hesabatını açıqlayıb. Hesabatda qeyd olunub ki, Azərbaycan mətbuatında siyasi plüralizm və fikir müxtəlifliyi mövcud deyil.
Prezident Aparatının rəsmisi qeyd edib ki, Azərbaycanda mətbuat sahəsində tam siyasi plüralizm bərpa olunub, mətbuat üzərində heç bir senzura yoxdur. KİV-lər sərbəst şəkildə nəşr olunur və yayılırlar.
“Biz bu tip iradları qəbul etmirik. Belə hesabatları ATƏT-in, Avropa Şurasının və yaxud başqa beynəlxalq təşkilatın hazırlamasından asılı olmayaraq, orada qeyd olunan fikirləri qəbul etmirik”, – Həsənov əlavə edib.