“RƏSMİ BAKI” QƏZETİNİN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (03 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədirliyi ilə Akif Yusifovun “Rəsmi Bakı” qəzetinə qarşı mənəvi zərərin ödənilməsi tələbi üzrə məhkəmə prosesi keçirildi.

İlk çıxış edən iddiaçı Yusifov məhkəməyə bildirib ki, “Rəsmi Bakı” qəzeti onun sevgilisi barəsində özüun icazəsi olmadan açıq şəkildə məlumat verməklə şərəf və ləyaqətini alçaldıb və onu təhqir edib. İddiaçı bunun nəticəsində mənəvi sarsıntı keçirdiyini,  səhətdində ciddi problemlərin yarandığını da bildirib. Müalicəsi üçün xeyli pul xərclədiyini bildirən Yusifov özünə dəymiş mənəvi zərərin ödənilməsi üçün  cavabdehin 26 min AZN həcmində cərimələnməsini məhkəmədən xahiş edib.
    “R/əsmi Bakı” qəzetinin redaktoru Əli Rzaquliyev isə bildirib ki, məqaləni redaksiyaya daxil olmuş məktub əsasında hazırlayıb. ”Mən dərhal məktubla əlaqədar olaraq Akif Yusifovun telefonuna zəng edərək onunla görüş təyin etdim. Yusifovla məktubla bağlı söhbət apardığımız zaman o məktubun kim tərəfindən yazıldığı öyrənmək istədi. Bunu deməyəndə isə o, məni təhqir etməyə başladı”, – deyə qeyd edən  Rzaquliyev yazını da məhz məktubla bağlı araşdırma apardıqdan sonra yazdığını bildirdi.
Proses oktyabrın 8-i saat 15.00-da davam edəcək.

Previous Post

AZƏRBAYCANLI HAKERLƏR AZƏRBAYCANIN RƏSMİ STRUKTURLARININ SAYTLARINI DAĞIDIB

Next Post

“TOLIŞI SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU VƏ ONUN VƏKİLİ MƏHKƏMƏ HEYƏTİNƏ ETİRAZ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.