RAMIN BAYRAMOV HƏBSDƏN AZAD EDİLDİ

Avqustun 17-də Abşeron rayon Məhkəməsi “İslamazeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb.

Bu barədə “islamazeri.az” saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, məhkəmə Ramin Bayramovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxaraq baş redaktorun vaxtından əvvəl həbsdən azad olunmasını təmin edib.
Xatırladaq ki, avqustun 13-də Səbail rayon Məhkəməsi Ramin Bayramov haqda həbs qətimkan tədbiri seçib. Oktyabrın 5-də Səbail rayon Məhkəməsi Ramin Bayramov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verib. O, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
 
Previous Post

ELÇİBƏYİN ÖLÜMÜ BARƏDƏ AXCP SƏDRİ ƏLİ KƏRİMLİ İLƏ MÜSAHİBƏ

Next Post

DEMOKRATİK AZƏRBAYCAN DÜNYASI PARTİYASINDA QALMAQAL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.