RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (01 iyul) Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib

Məhkəmədə iddiaçı tərəfin nümayəndəsi Anar Bağırov, cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdi.

İddiaçı tərəfin nümayəndəsi Anar Bağırov bildirdi ki, 23 may 2010- cu il tarixli, buraxılışında Elçin Uğurtac adlı müəllif tərəfindən yazılmış “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə akademik Ramiz Mehdiyevin şərəf və  ləyaqəti  alçaldılmaqla yanaşı, təhqir edilib və ona böhtan atılıb. Buna görə də, iddianın təmin olunmasını hakimdən xahiş etdi.

 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə bildirdi ki, məqalədə heç bir təhqir elementi yoxdur. “Lakin istənilən halda qarşı tərəfin mövqeyini “cavab haqqı” olaraq dərc etməyə hazırıq” – deyə Əvəz Zeynallı qeyd etdi.

 

Hakim növbəti prosesini 2 iyul saat 17.10-a təyin etdi.  

 

Qeyd edək ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların  təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırıb.

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.

 

Previous Post

YASAMAL RAYON İCRA BAŞÇISININ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Next Post

AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBELYASININ SESSİYASINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI MÜZAKİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.