RATİ ƏMƏKDAŞLARI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ BURAXILMADI

Dekabrın 25-də prezidentin imzaladığı əfv fərmanı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Vərəmli Xəstələr Üçün İxtisaslaşmış Müalicə Müəssisəsində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov bir gün sonra azadlığa buraxıldı.

M. Hüseynovun həbsdən azad olunmağı səhnəsinin foto və video lentə almaq istəyən RATİ əməkdaşlarına Penitansiar Xidməti əməkdaşları tərəfindən buraxılış vəsiqəsi də verilib. Amma təxminən üç saatdan sonra müəssisə rəhbərliyi buraxılış vəsiqələrini RATİ əməkdaşlarından guya təsdiqlətmək adı ilə alıb və geri qaytarmayıb. Habelə RATİ əməkdaşlarına bu məslə ilə bağlı heç bir izahat da verilməyib. Buna baxmayaraq müəssisəyə problemsiz olaraq yerli telekanalların nümayəndələri buraxılıb.         
 Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunmşdu. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülmüşdü və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaltmışdı.  
Previous Post

MÜŞVİQ HÜSEYNOV HƏBSDƏN AZAD EDİLDİ

Next Post

“MİLLİ HƏRƏKAT” QƏZETİNİN BAŞ REDAKTORU YOXA ÇIXIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.