RATİ-NİN BÖLGƏ MÜXBİRLƏRİNİ QARŞI “QARA PİAR” APARILIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan üzrə bölgə müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasova qarşı Naxçıvanda “qara piar” kampaniyasına başlanılıb.

Bu barədə RATİ-yə Elman Abbasov məlumat verib. Onun sözlərinə görə, mayın 13-də RATİ-nin mətbuat mərkəzində Naxçıvanda insan haqlarının vəziyyəti ilə bağlı keçirdikləri mətbuat konfransından məlumatlar yerli mətbuatla yanaşı beynəlxalq KİV-də də dərc olunub. “Azərbaycan mətbuatından götürülərək, “Noev Kovçeq” adlı erməni qəzetində dərc olunan məqalə, internetdən endirilərək çap olunub və Şərur rayon İcra başçısı İbrahim Məmmədov və xüsusi xidmət orqanlarının  tapşırığı ilə bütün icra nümayəndələrinə, bələdiyyə sədrlərinə, sahə müvəkkillərinə və digər məmurlara paylanıb. Göstəriş verilib ki, əhali arasında şəkillər və qəzetin başlığı göstərilsin, E.Abbasov və H.Mehdiyevin erməni mətbuatına müsahibə verdikləri və erməniyə işlədikləri barədə təbliğat aparılsın” – deyən E.Abbasov əlavə etdi ki, əhalinin isə çoxu rus dilində başa düşmür və bir çox hallarda onlara başlıq göstərilir, amma oxumaqlarına imkan vermirlər.
Previous Post

MEDİA NÜMAYƏNDƏLƏRİ PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT EDİB

Next Post

LONDONDA EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.