RATİ-NİN “XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİNİN HƏBSİ İLƏ BAĞLI BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Xural ” qəzetinin bölgə müxbiri Aydın Canıyevin Lənkəran şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə  azadlıqdan məhrum edilməsini  pisləyir və bunu ifadə azadlığının pozulması  kimi qiymətləndirir.

Qeyd edək ki,  Aydın Canıyev sentyabrın 7-də  Lənkəranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı  Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

RATİ hesab edir ki, bu həbs siyasi sifarişdir və jurnalist Aydın Canıyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və bu idarənin cənubdakı səlahiyyətli nümayəndəsi Qəni Axundov barədə yazdığı yazılara görə həbs edilib.

            RATİ bəyan edir ki, bu  həbs Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı ) və  İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddələrinin pozuntusudur.

            RATİ Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalist Aydın Canıyevi azadlığa buraxmağa və  yazdıqları yazılara görə jurnalistləri həbs etməkdən çəkinməyə çağırır.

 

Previous Post

PUBLİSİST RAFİQ TAĞININ HƏYATINA SUİ-QƏSDLƏ BAĞLI REDAKTORLAR BİRLİYİNİN BƏYANATI

Next Post

GƏNCLƏR ÇIXIŞ YOLUNU MÜTALİƏDƏ GÖRÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.