REDAKTORLAR BİRLİYİ ƏVƏZ ZEYNALLI VƏ RAFİQ TAĞININ İŞİ İLƏ BAĞLI OPERATİV TƏHQİQAT QRUPLARI YARATDI

Bu gün (22 noyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Redaktorlar Birliyinin növbəti toplantısı keçirildi.

Toplantıda ilk olaraq publisist  Rafiq Tağıya qarşı olan sui-qəsd cəhdi müzakirə olunub və Redaktorlar Birliyi bu hadisəni pisləyən bəyanat qəbul ediblər.    Bəyanatda Redaktorlar Birliyi jurnalistə olan bu basqını pisləyib və hüquq-mühafizə orqanlarını cinayətin üstünü tezliklə açmağa, bu cinayət aktının sifarişçilərini və icraçılarını cəzalandırmağa çağırıb. Habelə Redaktorlar Birliyi R. Tağıya sui-qəsdi Azərbaycanda azad sözə növbəti hücum kimi dəyərləndirib, ölkə hakimiyyətini konstitusiya vəzifəsini yerinə yetirməyə, jurnalistlərin azadlığını və təhlükəsizliyin təmin etməyə çağırıb.

Daha sonra Redaktorlar Birliyi baş vermiş sui-qəsd cəhdinin araşdırılması üçün iki jurnalist, bir vəkil və bir nəfər istefada olan istintaqçının iştirakı ilə müstəqil təhqiqat qrupu yaradıb. Qrup baş vermiş qəsdin müstəqil təhqiqatını aparacaq.

Daha sonra toplantıda “Xural”  qəzeti və bu qəzetin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı müzakirə keçirildi. Sonda Ə. Zeynallının da həbsi ilə bağlı yuxarıda qeyd etdiyimiz tərkibdə müstəqil təhqiqatın aparılmağı üçün qrup yaradıldı.

Redaktorların müzakirə etdiyi növbəti məsələ isə “Gündəm Xəbər” qəzetinə qarşı məhkəmə iddiaları ilə bağlı oldu. Qəzetin baş redaktoru Şirin Cəfərlinin verdiyi məlumata görə, qəzetə və ona qarşı vergidən yayınmaya  görə başlanmış cinayət işi üzrə istintaq bitib və iş məhkəməyə verilib.  İşə noyabrın 28-də saat 09. 20-də 1 saylı Bakı İqtisad Məhkəməsində baxılacaq. Qəzetə qarşı növbəti iddia isə Samux rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyevin “şərəf  və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə 110 min manat təzminat”  tələb etməsidir. Redaktorlar bu məsələni də diqqətdə saxlamaq barədə qərar verdilər.

            Habelə redaktorlar “Xural” qəzetinin 3 il müddətinə həbs cəzasına məhkum edilən bölgə müxbiri Aydın Canıyevlə bağlı da müzakirə apardılar və onun həbsini pislədilər.

Previous Post

“GİLAN” “YENİ MÜSAVAT”DAN BİR MİLYON MANAT TƏLƏB EDİR

Next Post

“DEMOKRATİYA ÜÇÜN OXU” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.