REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan media ombudsmanı institutunun yaradılmasından və media ombudsmanın təyin edilməsindən imtina olunmağı istiqamətində atılmaqda olan addımları pisləyir.

Belə ki, Azərbaycan Respublikası Prezidenti  tərəfindən Milli Məclisə təqdim edilən konstitusiya qanununa əlavə və dəyişiklik  layihəsində media ombudsmanın səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə, yəni hazırkı ombudsmana verilməsi nəzərdə tutulur. Prezidentin göndərdiyi layihədə “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” konstitusiya qanununa  yeni – 13-1 maddə əlavə edilib. “İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri” kimi tövsiv edilən 16 maddədən ibarət yeni maddənin qəbul ediləcəyi halda  avtomatik olaraq hazırkı insan haqları üzrə ombudsmana media omdudsmanının səlahiyyətləri verilmiş olur. Dekabrın 8-də sözügedən konstitusiya qanununa əlavə və dəyişiklik  layihəsi Azərbaycan Parlamentinin komitələrində müzakirə edilib və parlamentin plenar iclasında müzakirə edilərək qəbul edilməsi barədə qərar qəbul olunub.

RATİ hesab edir ki, media ombudsmanının səlahiyyətlərinin insan haqları üzrə hazırkı müvəkkilə verilməsi maraq toqquşmasına gətirib çıxaracaq, eyni zamanda RATİ xüsusi vurğulamaq istəyir ki, hazırkı ombudasmanı hakimiyyətin dolayı nəzarəti altında fəaliyyət göstərməsi kimi qiymətləndirmələr var və buna görə də indiki ombudsmana  əlavə səlahiyyətlərin verilməsi yox, onun əslində insan haqlarını daha da yaxşı  və səmərəli şəkilə qoruması  sahəsində işinin təkmilləşdirilməsinə ehtiyac var.

RATİ Azərbaycan Respublikası Prezidentinə müraciət edərərk, prezidenti media ombudsmanı institutunun səlahiyyətlərinin insan haqları üzrə müvəkkilə verilməsinə dair  konstitusiya qanununa əlavə və dəyişiklik layihəsini parlamentdən geri çağırmaga və “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan media ombudsmanı institutunu  yaxın zamanlarda yaratmağa və bu institutun işə başlamasını təmin etməyə  səy göstərməyə  çağırır.

 

 

 

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 6-11 DEKABR

Next Post

RATİ-NİN 10-DEKABR BEYNƏLXALQ İNSAN HAQLARI GÜNÜ MÜNASİBƏTİLƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.