REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  Türkiyənin Azərbaycandakı Səfirliyinin dekabrın 6-da hüquq müdafiəçisi İntiqam Əliyevin İstanbul hava limanında saxlanılması ilə bağlı mətbuata verdiyi açıqlamanı Azərbaycanda ifadə azadlığına qarşı  addım kimi qiymətləndirir.

Belə ki, dekabrın 9-da Türkiyənin Azərbaycandakı səfirliyinin  mətbuat müşavirliyinin  açıqlanmasında qeyd edilir ki, «Azərbaycan  mətbuatının bu olayla bağlı yazdıqları məlumatlarda yanaşma tərzi Türkiyə səfirliyində heyrət və təəssüflə qarşılanıb».

            Daha sonra Türk səfirliyi bu yazıların təxribatçı üslubda yazıldığını və buna görə də onları pislədiyini bəyan edib.

 

            RATİ  hesab edir  ki, səfirliyin Azərbaycan mətbuatı barədə bu cür aqressiv tərzdə  açıqlaması, ifadə azadlığına hörmətsizliyin və dözümsüzlüyün nümunəsidir.    

            RATİ hesab edir ki, Türkiyə  səfirliyinin İntiqam Əliyevlə bağlı hadisənin rəsmi istintaqının və digər zəruri araşdırmaların nəticələri bəlli olmadan  Azərbaycan jurnalistlərini qeyri peşəkarlıqda və təxribatçılıqda  günahlandırması diplomatların etik davranış qaydalarına, Azərbaycan qanunvericiliyinə və Avropa İnsan Haqları Konvensiyasına ziddir.

            RATİ İntiqam Əliyevin İstanbul hava limanında üzləşdiyi qeyri-insani rəftarla bağlı Azərbaycan mətbuatında dərc edilən yazılarda peşəkarsızlıq elementləri görmür və jurnalistlərin bu  hadisəyə ən müxtəlif  baxışlardan  yanaşmasını  ifadə azadlığının təzahürü kimi qiymətləndirir.

            RATİ  hesab edir ki, Türkiyə  səfirliyi  bu cür ittihamedici bəyanatları vermək əvəzinə İntiqam Əliyevlə bağlı hadisənin ədalətli araşdırılmasına yardımçı olması daha yaxşı olardı.

            RATİ  qardaş Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyini Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşavirliyinin  Azərbaycan mətbuatına qarşı dözümsüz açıqlamasını araşdırıb  və buna qiymət verməyə çağırır.

 

Previous Post

İRAN TELERADİON ŞİRKƏTİNİN BAKIDAKI NÜMAYƏNDƏLİYİNİN MÜDİRİ AEROPORTDAN GERİ QAYTARILIB

Next Post

BAYRAQ MEYDANININ SAKİNLƏRİ MÜLKİYYƏT HÜQUQLARININ QORUNMASINI TƏLƏB EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.