REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Gürcüstanın Qori şəhərində hadisələri işıqlandıran ANS telekanalının çəkiliş qrupunun, habelə digər jurnalistlərin rus hərbçiləri tərəfindən atəşə tutulmasını pisləyir.

Belə ki, ANS telekanalının məlumatına görə, avqustun 14-də rus tankları Qoriyə gedən bütün yolları bağlayıb. Rus hərbçiləri hadisələri işıqlandırmaq istəyən jurnaistləri şəhərə buraxmayıb, bəzi jurnalistlərin çəkiliş avadanlıqları güclə onların əllərindən alınıb.
RATİ rus hərbçilərinin jurnalistlərə qarşı yönələn hərəkətlərini həm Gürcüstanın özündə, həm də bütün regionda söz azadlığına qarşı ağır cinayət kimi qiymətləndirir. RATİ hesab edir ki, son günlərdə gürcü-osetin münaqişəsi zonasında jurnalistlərin ölümündə və yaralanmasında rus hərbçiləri təqsirlidir. Həmçinin RATİ hesab edir ki, rus hərbçilərinin Gürcüstan ərazisində jurnalistlərə və dinc əhaliyə qarşı zorakı hərəkətləri həm gürcü, həm də beynəlxalq qanunvericiliyi pozur.
Mövcud vəziyyətdə jurnalistlərin növbəti qurbana çevrilməsindən qaçmaq üçün RATİ həm rus, həm də gürcü hərbi komandanlığını hadisələri işıqlandırmaq üçün jurnalistlərə şəraitin yaradılmasını, eləcədə jurnalistlərin işlərinə müdaxilələrin olunmamasını  təmin etməyə çağırır.

RATİ həmçinin Azərbaycan hakimiyyətini və beynəlxalq ictimaiyyəti rus hərbçilərinin jurnalistlərə qarşı zorakılığını qınamağa və Rusiya hakimiyyətindən bu cinayətləri törədənləri tapıb  cəzalandırmağı tələb etməyə çağırır.

Previous Post

RATİ 2008-Cİ İL PREZİDENT SEÇKİLƏRİ ÜZRƏ MEDİA MONİTORİNQİ LAYİHƏSİNƏ BAŞLAYIR

Next Post

İDDİAYA SƏBƏB OLAN MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.