REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (03 iyul) polislərin jurnalistlərə təzyiq göstərməsini və onların peşə fəaliyyətinə qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir.

Belə ki, Bakının Nərimanov rayonunun Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı ərazisində yerləşən evlərin sökülməsi ilə bağlı reportaj hazırlayan jurnalistlər – . “Azadlıq” və BBC radiolarının əməkdaşları və digər media nümayəndələri ərazidən uzaqlaşdırılıblar. Həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları hadisə yerinə buraxılmayıb və polislər onların video və foto çəkiliş aparmalarına mane olmağa cəhd göstərib.
RATİ bəyan edir ki, jurnalistlərin hadisə yerinə buraxılmamağı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinin (məlumat azadlığı) və Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsinin (jurnalistin peşə fəaliyyətinə müdaxilə) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinin pozulmasıdır.
RATİ Azərbaycan hakimiyyətini qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa çağırır.
Previous Post

JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Next Post

Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı ərazisində yerləşən evlərin sökülməsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.