REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinin Sabirabad rayonunda monitorinq apararkən polis müdaxiləsi ilə üzləşmələrini pisləyir, bunu məlumat əldə etmək və İfadə azadlığının pozulması kimi qiymətləndirir.

Belə ki, qərargahın koordinatoru Oqtay Gülalıyevin məlumatına görə, artıq bir aydır ki, fəlakət baş vermiş bölgədə dəymiş ziyanın alternativ qiymətləndirməsinin monitorinqi aparılır və artıq təxminən 2 min evdə bu proses həyata keçirilib. Lakin rayonun icra və polis orqanları tərəfindən maneçiliklə rastlaşan vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçəsi dünən polis tərəfindən saxlanılıb. Polislər QHT rəhbərləri Oqtay Gülalıyev,  Mübariz Tağıyev və Şaban Əsgərova monitorinq aparmamaqla bağlı xəbərdarlıq edib və hətta rayonun ərazisindən çıxmaqlarını tələb ediblər.   

 

    RATİ hesab edir ki, məlumat toplamaq üçün monitorinq aparan vətəndaş cəmiyyəti nümayəndələrinə maneçilik törətmək Azərbaycan Respublikası Konstitusiyasının 47-ci (fikir və ifadə azadlığı) və 50-ci (Məlumat azadlığı) maddələri, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə, həmçinin “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunları ilə ziddiyyət təşkil edir.

    RATİ Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq göstərən, onların yerli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozan şəxsləri cəzalandırmağa çağırır.

 

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ POLİS TƏRƏFİNDƏN SAXLANILIBLAR

Next Post

“KÜR” VƏTƏNDAŞ CƏMİYYƏTİ QƏRARGAHININ HESABATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.