“SƏRHƏDSİZ REPORTYORLAR” NAXÇIVANLI JURNALİSTƏ MADDİ YARDIM GÖSTƏRİB

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə azadlığı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə maddi yardım göstərib.

“Yardım Naxçıvan hakimiyyəti tərəfindən jurnalistin hüquqlarının pozulması və təqib olunması ilə bağlı göstərilib”, – təşkilatın Parisdəki ofisindən “Turan” İnformasiya Agentliyinə bildirilib.

Xatırladaq ki, bu ilin yayında Şərur rayon hakimiyyəti Mehdiyevin evində işığı söndürüb, özünü isə guya elektrik enerjisindən qanunsuz istifadə etdiyinə görə məsuliyyətə cəlb edib. Məhkəmə hakimiyyətin haqlı olduğunu təsdiqləyərək onu 1000 manat cərimələyib. Bundan əlavə, bir aya yaxın jurnalistin işığı kəsilib.

Mehdiyevin təqib olunmasının əsl səbəbi isə onun Naxçıvana gələn alman jurnalist Mixael Lüdviqi müşayiət etməsidir. Yerli hakimiyyət ona mane olmağa cəhd göstərsə də, Mehdiyevin səyləri sayəsində alman jurnalist işini başa vura bilib.

Onu da qeyd edək ki,  ötən həftə “Sərhədsiz reportyorlar” təşkilatı noyabrın 19-da hücum nəticəsində vəfat etmiş publisist Rafiq Tağının ailəsinə də yardım göstərib.  

 

Previous Post

03.12.2011: BAKI FƏVVARƏLƏR MEYDANI

Next Post

HÜQUQ MÜDAFİƏ TƏŞKİLATI RABİTƏ NAZİRLİYİNİ MƏHKƏMƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.