SABAH “YENİ ZAMAN” PARTİYASININ KASSASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Sabah (3 noyabr) Ali məhkəmədə “Yeni Zaman” partiyasının sədri Musa Ağayevin Ədliyyə Nazirliyinə qarşı qaldırdığı iddiaya əsasən Bakı Apellyasiya məhkəməsinin çıxardığı qərardan verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki,  Azərbaycanda rus dilində dərc olunan “Novoye Vremya” qəzetinin təsisçisi Musa Ağayevin yaratdığı partiya iki ildir Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilmədiyinə görə, məhkəməyə müraciət edib. 3 iyun 2009-cu il tarixdə Yasamal rayon məhkəməsi, 10 sentyabr 2009-cu il tarixdə isə Apellyasiya məhkəməsi iddianı əsassız hesab edərək təmin etməyib.
Previous Post

“Gənclər Klubu” İB noyabr ayı üçün gənclər arasında elan etdiyi “Fransa Günləri” ilə bağlı tədbir

Next Post

MƏLAHƏT NƏSİBOVAYA “RAFTO” MÜKAFATI TƏQDİM EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.