SAKİT ZAHİDOVUN ACLIĞA BAŞLAYACAĞI BİLDİRİLİR

“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı, satirik-jurnalist Mirzə Sakit avqustun aclığa başlayacaq.

Bu barədə məlumatı RATİ-yə jurnalistin həyat yoldaşı Rəna Zahidova bildirib. Zahidovanın sözlərinə görə, bu barədə məlumatı onun özünə həbsxanada digər məhbusa baş çəkmiş şəxs məlumat verib. Həmin şəxs Sakitin hansı səbəbdən aclığa başlaması, tələbləri barədə heç bir söz deməyib, sadəcə deyib ki, Sakit həyat yoldaşının onun yanına gəlməsini istəyir.

    Qeyd edək ki, Mirzə Sakit 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır, o saxlanma şəraitinə, həbsxanadakı vəziyyətə etiraz edərək artıq bir neçə dəfə aclıq aksiyası keçirib.

Previous Post

İDDİAYA SƏBƏB OLAN MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.