SMM SEÇKİQABAĞI DÖVRU ƏHATƏ EDƏN HESABAT AÇIQLADI

Bu gün (26 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində  Seçki Monitorinq Mərkəzi (SMM) 15 oktyabr 2008-ci il prezident seçkisinə hazırlığın birinci mərhələsi üzrə  apardığı müşahidənin nəticələrini açıqlayıb.

İlk çıxış edən SMM-in  proqramlar üzrə direktoru Bəşir Süleymanlı bu il keçiriləcək prezident seçkisinin uzunmüddətli müşahidəsinin ilkin mərhələsini (1 avqust—20 sentyabr 2008-ci il) həyata keçirdiklərinin bildirdi. Onun sözlərinə görə, bu mərhələdə SMM prezidentliyə namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi də daxil olmaqla seçkiqabağı mühitin monitorinqini aparıb.
Daha sonra SMM-in icraçı direktoru Anar Məmmədli  ilk hesabat dövrundə qeydə alınan qanun pozuntularından söz açdıb:  ”Vətəndaşların və namizədlərin sərbəst toplaşmaq hüquqları pozulub, söz və mətbuat azadlığı məhtudlaşdırılıb. Dairə və Məntəqə Seçki Komissiyalarında aşkarlıq davamlı olaraq pozulub. Yerli icra orqanları bəzi prezidentliyə namizədlərin qeydiyyatı üçün imzaların toplanması prosesinə müdaxilələr edib. MSK namizədlərin qeydiyyatı üçün toplanan imzaların yoxlanılması zamanı namizədlərə və ya onların nümayəndələrinə bu prosesi izləməyə icazə verməməklə aşkarlığı təmin etməyib”.
Habelə Məmmədli bildirib ki, Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edərkən yerli ictimaiyyətin və Avropa Şurası Venesiya Komissiyasının bir çox tövsiyyələri nəzərə almayıb:

Qeyd edək ki, tədbirdə Avropa Şurasının nümayəndəsi, ATƏT-in müşahidə missiyası, Biritaniya Səfirliyi, NDİ, İFES-in nümayəndələri də iştirak edirdilər.

Previous Post

MƏNZİLİ ƏLİNDƏN ALINMIŞ POLKOVNİK-LEYTİNANT RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Next Post

“AZADLIQ” QƏZETİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.