SÖZ AZADLIĞININ MÜDAFIƏSİ İLƏ BAĞLI PİKET KEÇİRİLİB

Bu gün saat 17.00 radələrində AXCP Gənclər Təşkilatının 20-yə qədər fəalı Azərbaycanda söz azadlığının müdafiəsinə həsr edilmiş piket keçirib.

Aksiyaçılar ağızlarını bağlayaraq, şəhərin mərkəzində, Nizami küçəsində “Azadlıq” qəzeti paylayıblar. Askiya polis tərəfindən dağıdılıb və onun iştirakçıları saxlanılıb. Bəzi iştirakçıların döyülməsi barədə məlumatlar var. Gənclər Səbayel rayonu 39-cu polis bölməsinə aparılıblar. RATİ-nin əməkdaşları hadisənin təfərrütlarını dəqiqləşdirmək üçün polis bölməsində olublar. Bölmənin növbətçi hissəsindən bildirdilər ki, 15-ə qədər şəxs saxlanılıb. “Onlar icazəsiz piketin keçirilməsində ittiham olunurlar, araşdırma aparılır”. Növbətçi hissədən qeyd etdilər ki, aksiya iştirakçılarına qarşı heç bir fiziki təsir göstərilməyib. Hadisə zamanı aksiyaya aidiyyatı olmayan dörd gəncdən izahat alındıqdan sonra, onlar sərbəst buraxılıblar.

Previous Post

football

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.