Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric edilən tələbə-jurnalist Elmin Bədəlov ali məktəbə bərpa olunacağı ilə bağlı bu gün (10 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib.
Onun sözlərinə görə, ona bu xəbəri təhsil aldığı “Neft mexanika” fakültəsinin dekanı Qasım Məmmədov telefon vasitəsilə verib:
“Dekan yenidən IV kursu oxuya biləcəyimi dedi və tələbə bileti, qiymət kitabçamın surəti, həmçinin akademiyaya bərpa olunmaq istəyim barədə ərizəmin tələb olunduğunu bildirdi” – deyən E.Bədəlov lazım olan sənədləri ADNA-ya təqdim edəcəyini bildirdi. O, əlavə etdi ki, akademiyadan qanunsuz olaraq qovulduğu və təhsil hüququnun pozulduğunu hesab etdiyi üçün məhkəmələrə davam edəcək.
Xatırladaq ki, hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. Bakı apellyasiya məhkəməsi 02.07.2010-cu il tarixdə qərarı qüvvədə saxlayıb.