TATYANA ÇALADZENİN “BAKI XƏBƏR” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (03 oktyabr) Bakı Apellyasiya Məhkəməsində Gündüz Quliyevin sədrliyi ilə Tatyana Çaladzenin “Bakı xəbər” qəzetinə qarşı şərəf, ləyaqət və işgüzar nüfüzun müdafiəsi tələbi üzrə məhkəməyə hazırlıq iclası keçirildi.

İlk çıxış edən cavabdeh tərəfin nümayəndəsi və “Bakı xəbər” qəzetinin redaktoru Vaqif Cəlaloğlu irəli sürülən iddianı qəbul etmədiyini məhkəməyə bildirdi: ”Ekspertiza hesab edir ki, məqalədə şərəf və ləyaqətin təhqir olunması qeydə alınmayıb. Məqalənin müəllifi olan Ruslan Xəlilov isə hazırda  hərbi xidmətdədir. Biz məqaləni öz fikirlərimiz əsasında yox,  müsahibə götürdüyümüz şəxsə  istinadən yazmışıq və buna görə qəzet məsuliyyət daşımır”.

Sonda Hakim G.Quliyev prosesi 21 oktyabr saat 11:30 qədər  təxirə saldı.

Xatırladaq ki, Tatyana Çaladze "Bakı xəbər" qəzetinin 13 aprel 2007-ci il tarixli sayında çap olunan "Tatyana Çaladzeyə iki ev veriblər" başlıqlı məqaləyə görə  29 yanvar 2008-ci il tarixində məhkəməyə verib. Çaladze iddia ərizəsində qəzetin təkzib verməsini və redaksiyanın 50.000 AZN məbləğində cərimələnməsi haqqında qərarın çıxarılması xahiş edib.  Amma ilk məhkəmə instansiyası Çaladzenin iddiasını rədd edib.

Previous Post

“TOLIŞI SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU VƏ ONUN VƏKİLİ MƏHKƏMƏ HEYƏTİNƏ ETİRAZ EDİB

Next Post

RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRASI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.