TELEJURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (4 iyun) Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə telejurnalist İlhamiyyə Rzayevanın “Space” Müstəqil Teleradio Şirkətinə qarşı “Şəxsi həyata müdaxilənin qanunsuz sayilması” iddiasına əsasən  Yasamal rayon Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli qətnaməsindən apellyasiya  şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının vəkili, Hüquq Maarifçiliyi Cəmiyyətinin hüquqşünası Nurlana Əliyeva və cavabdehin vəkili Əlirza Həbilov iştirak edirdilər.
İddiaçının vəkili N.Əliyeva proses barədə ümumi məlumat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 2006-cı ilin may ayında öz ərizəsi ilə işdən azad olunduqdan sonra işdən azad olunması barədə əmrin surəti və əmək kitabçası işdən azad olunduqdan  üç il sonra ona təqdim edilib və telekanalda işlədiyi müddət barədə əmək kitabçasına heç bir qeyd aparılmayıb. Vəkil bunun qanunsuz olduğunu deyərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
Cavabdehin vəkili Ə. Həbilov əmək kitabçasında qeydlərin aparılması üçün müvafiq sübutların təqdim edilməli olduğunu bildirdi və iddiaçının  apellyasiya şikayətinin təmin edilməməsini istədi.
Müşavirədən sonra hakim M. Məmmədov iddianın təmin edilmədiyini bildirdi.
Vəkil N. Əliyeva  RATİ-yə hakimin bu qərarından kassasiya şikayəti verəcəklərini dedi.

Previous Post

AZƏRBAYCAN AVROPAYA İNTEQRASİYAYA MARAQ GÖSTƏRMİR

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.