“TOLIŞİ SƏDO” QƏZETİNİN BAŞ REDAKTORUNUN OĞLU ŞƏRTİ CƏZA İLƏ AZADLIĞA BURAXILIB

“Tolışi sədo” (“Talışın səsi” – red.) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov 6 ay sinaq müddəti olmaqla şərti cəza ilə cəzalandırılıb və o hazırda azadlıqdadır”.

Bu barədə RATİ-yə E.Məmmədovun vəkili Hilal Məmmədov məlumat verib. Qeyd edək ki, artıq bir neçə gündür ki, mətbuatda E.Məmmədovun 1 il müddətinə şərti cəza ilə azad edildiyini haqqında məlumat verilir. Xatırladaq ki, E.Məmmədov oktyabrın 7-də məhkəmə zalından azadlığa buraxılıb  (http://www.irfs.az/content/view/1350/28/lang,az//).
Həmin məlumatda da yanlışlıq olub. Çünki, həmin məlumatda vəkil H.Məmmədov şübutların çatışmamazlığına görə E.Məmmədovun azad edildiyini bildirmişdi: “Məhkəməni qapalı keçirtdilər. Yalnız Emil Məmmədoun azad olunması haqqında qərarın verıldıyını bildik.  Bu gün (10 oktyabr) isə məhkəmə qərarının sürətini almışıq və orada  Emil Məmmədovun 6 ay sınaq müddəti (sərti cəza) ilə azadlığa buraxıldığı qeyd olunub. Məhkəmənin qapalı keçirilməsi  dezinformasiyanın yayılmasına səbəb oldu”.

 

Previous Post

DƏVƏTNAMƏ!

Next Post

VƏKİLİ QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.