VƏTƏNDAŞ SƏYYARƏ HEYDƏROVANIN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (19 mart) Suraxanı rayon məhkəməsində hakim Nürrədin Mustafayevin sədrliyi ilə Rəsulov Davud, Babayev Alim, Əsgərov Yaşar, Əsgərov Ələskər vətəndaş Səyyarə Heydərovaya qarşı 221.1 maddəsi (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə,

habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə başlanmış cinayət işi ilə bağlı məhkəməsinin hazırlıq prosesi keçirilməli idi. Lakin iddiaçı tərəf məhkəmədə iştirak etmədiyinə görə hakim N.Mustafayev iddiaçı tərəfin məcburi surətdə məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul etdi. Məhkəmə prosesi 07 aprel saat 10:00-a təxirə salındı.

Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.

 

Previous Post

ELAN!

Next Post

SEÇKİ MƏNTƏQƏLƏRİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.