VİDEO ÇƏKİLİŞ APARDIĞI ÜÇÜN DEPUTATLIĞA NAMİZƏD SAXLANILIB

42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən deputatlığa namizəd Səyyarə Heydərova bu gün Bakı metrosunun “20 yanvar” stansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb.

Heydərovanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  verdiyi məlumata görə, o seçicisi olan bir qrup taksi sürücüsündən  polis əməkdaşlarının rüşvət almalarını  videoya çəkərkən saxlanılıb.
Heydərova Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıb. Daha sonra isə deputatlığa namizəd sərbəst buraxılıb.
Adı çəkilən polis bölməsindən isə, baş verən hadisə təkzib edilib.  
Qeyd edək ki, qanuna görə, deputatlığa namizəd toxunulmazlıq hüququna malikdir. O, yalnız cinayət törədərkən iş başında tutula bilər. Bu zaman namizədin saxlanması barədə baş prokurora, namizədi qeydiyyata alan dairə seçki komissiyasına məlumat verilməlidir.

Previous Post

BEYNƏLXALQ TƏŞKİLATLAR AZƏRBAYCANDA SÖZ AZADLIĞININ VƏZİYYƏTİNƏ DAİR MƏRUZƏ HAZIRLAYIBLAR

Next Post

EYNULLA FƏTULLAYEVƏ ACLIQ AKSİYASINI DAYANDIRMAQLA BAĞLI MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.