42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən deputatlığa namizəd Səyyarə Heydərova bu gün Bakı metrosunun “20 yanvar” stansiyasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb.
Heydərovanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, o seçicisi olan bir qrup taksi sürücüsündən polis əməkdaşlarının rüşvət almalarını videoya çəkərkən saxlanılıb.
Heydərova Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıb. Daha sonra isə deputatlığa namizəd sərbəst buraxılıb.
Adı çəkilən polis bölməsindən isə, baş verən hadisə təkzib edilib.
Adı çəkilən polis bölməsindən isə, baş verən hadisə təkzib edilib.
Qeyd edək ki, qanuna görə, deputatlığa namizəd toxunulmazlıq hüququna malikdir. O, yalnız cinayət törədərkən iş başında tutula bilər. Bu zaman namizədin saxlanması barədə baş prokurora, namizədi qeydiyyata alan dairə seçki komissiyasına məlumat verilməlidir.