
Hadisə yerində olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu əməkdaşlarına (RATİ) məlumat verən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yanğının qısaqapanma nəticəsində baş verdiyini bildirib:
“Elektrik naqillərində yaranan texniki nasazlığı aradan qaldırmağa çalışırdıq ki, yanğın baş verdi. Fövqəladə Hallar Naziriliyinə (FHN) zəng vurduq, onların hadisəyə operativ müdaxiləsi nəticəsində yanğın qısa vaxt ərzində söndürüldü. Daha sonra polis əməkdaşları və “Bakıelektirikşəbəkə”nin əməkdaşları gəldi” deyə baş redaktor bildirdi.