“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ 3 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLİB

Noyabrın 21-də  Lənkəran şəhər  Məhkəməsinin hökmü ilə  “Xural” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aydın Canıyevi 3 il müddətinə azadlıqdan məhrum edilib.

 “Modern.az” xəbər  portalının məlumatına görə, məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib və A. Canıyevin bütün vəsatətlərini də rədd edib.

Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası verib. Aydın Canıyev hökumətin ona verdiyi  vəkildən imtina edib və özü özünü müdafiə edib.

Xatırladaq ki,  Aydın Canıyev vətəndaş Zemfira Xəlilovanı təhqir etməkdə və Lənkəran rayonunun Səpnəkəpan  kəndinin məscidində xuliqanlıq hərəkətləri törətməkdə ittiham edilərək sentyabrın 7-də 12 sutka müddətinə  həbs olunub. Sonra onun haqqında  i  CM-in 221.2 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb və haqqında 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi. O, bu il avqustun 6-da “Xural” qəzetində  “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı, habelə yerli dindarları tənqid edən digər məqalələr dərc etdirib. Onun məhz bu məqalələrinə görə təhrik edilərək sonra həbs edilməsi istisna deyil.

Previous Post

“DEMOKRATİYA ÜÇÜN OXU” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRİLDİ

Next Post

PUBLİSİST RAFİQ TAĞININ HƏYATINA SUİ-QƏSDLƏ BAĞLI REDAKTORLAR BİRLİYİNİN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.