
Jurnalistin qardaşı Şahəddin Canıyev “Media forum” saytına bildirib ki, Aydın Canıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.
Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi 2 ilədək islah işlərini və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.