“XURAL” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HAQQINDA İKİ AY MÜDDƏTİN HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ

“Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevə cinayət işi açılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. “Mediaforum” xəbər saytının məlumatına görə, Aydın Canıyev sentyabrın 8-də  Lənkaranın Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib.

Jurnalistin qardaşı Şahəddin Canıyev “Media forum” saytına bildirib ki, Aydın Canıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi 2 ilədək islah işlərini və ya 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Aydın Canıyev 1968-ci ildə Lənkəranda doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ölkənin bir çox populyar nəşrlərinin reportyoru, köşə yazarı olub.

 

 

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ İŞGƏNCƏLƏRƏ QARŞI ALTERNATİV MEXANİZM YARADIR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.