YAZDIĞI ŞİKAYƏT ƏRİZƏSİNƏ GÖRƏ VƏTƏNDAŞIN 2 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLMƏSİ İSTƏNİLİR

Bu gün (28 oktyabr ) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun  sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə xüsusi ittihamçının nümayəndəsi  Azər Tağıyev və təqsirləndirilən şəxs Yaqub Muradzadə, onun nümayəndəsi Əlibaba Rzayev iştirak edirdilər.
Hakim E.Qurbanov ötən məhkəmə prosesi zamanı barəsində şikayət verilmiş şəxs barəsində DİN-nə sorğu göndərilməsi haqda iddiaçı tərəfin verdiyi vəsatəti xatırlatdı və DİN-dən şikayətçinin heç bir məhkumluğunun olmamağı barədə cavabın verildiyini  dedi.
Daha sonra iddiaçı tərəfin çıxışı dinlənildi və xüsusi ittihamçının nümayəndəsi  Azər Tağıyev cavabdehin məsuliyyətə cəlb olunaraq 2 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi.
Hakim E. Qurbanov müdafiə tərəfin çıxışa hazırlaşması üçün prosesi 8 noyabr saat 16:00-a təyin etdi.
Xatırladaq ki, Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.
Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ DEPUTATLIĞA NAMİZƏD ELÇİN BEHBUDOVUN İDDİASINI TƏMİN ETMƏDİ

Next Post

JURNALİSTLƏRİN ACLIQ AKSİYASI DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.