YEDDİ BEYNƏLXALQ TƏŞKİLAT ERLİNQ BORGENİN MATERİALLARININ MÜSADİRƏ EDİLMƏSİ İLƏ BAĞLI BƏYANAT VERİB

Yeddi beynəlxalq təşkilat – Norveç Helsinki Komitəsi, İnsan Haqları Evi Fondu, Norveç PEN, Norveç Jurnalistlər Birliyi, Rafto Fondu və ARTİKL 19 təşkilatı 2010-cu il, mayın 6-da, Bakının hava limanında Norveçli rejissor Erlinq Borgen və operator Daq İnge Dahlın material və sənədli çəkilişlərinin qanunsuz olaraq müsadirə olunmasını pisləyən bəyanat verərək, Azərbaycan hökumətini Azərbaycanın beynəlxalq insan haqları ilə bağlı öhdəliklərinə hörmətlə yanaşmağa və müsadirə edilmiş vəsaitləri sahibinə geri qaytarmağa çağırıb.

Bəyanata imza atmış təşkilatlar Azərbaycan hökumətindən

    * Müsadirə olunmuş çəkiliş və materialları Erlinq Borgen və Daq İnqe Dahla geri qaytarmağı
    * Azərbaycana səfəri zamanı Norveçli qrupa yardım edən və onlarla danışıq aparan bütün şəxslərin təhlükəsizliyinə təminat verməyi
    * Bakıdakı Heydər Əliyev adına hava limanında baş vermiş bu hadisəni ətraflı və müstəqil şəkildə təhqiq etməyi və təhqiqatın nəticəsini çap etməyi xahiş edir.

“Biz həmçinin Avropa Birliyini, ATƏT-i, Avropa Şurasını, Avropa Birliyinə üzv olan ölkələri və Norveç hökumətini bu hadisəni Azərbaycanda ifadə azadlığına qarşı haqsız bir hücum kimi pisləməyə və müsadirə edilmiş vəsaitləri geri qaytarmağı tələb etməyə çağırırıq” – deyə bəyanatda bildirilib.

Xatırladaq ki, mayın 6-da norveçli jurnalist Erlinq Borgen və onun operatoru Daq İnge Dahl səhər saat 5-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti tərəfindən saxlanılıb. Onlar kobud davranışa məruz qalıblar və   videokameranın qəsdən qırma cəhdi ilə rastlaşıblar. Həmçinin heç bir əsas olmadan jurnalistin əl çantasını özü ilə təyyarəyə keçirməyə icazə verməyərək, onu jurnalistin razılığı olmadan yük yerinə (baqaj) qoyublar. Jurnalist Osloda yük yerindən çantasını götürdükdə, 6 gün Azərbaycanda apardığı çəkilişlərlə olan disklərin və digər informasiya daşıyıcılarının çantadan yoxa çıxdığını görüb.

 

Previous Post

MÜLKİ GEYİMLİ ŞƏXSLƏRİN ETİRAZ AKSİYALARINDA FİZİKİ TƏZYİQ GÖSTƏRMƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.