ZAUR QURBANLI POLİSƏ MÜQAVİMƏT İTTİHAMI İLƏ 15 SUTKA MÜDDƏTİNƏ HƏBS EDİLİB

Sentyabrın 29-dan özlərini Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir qrup mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılan NİDA Vətəndaş Hərəkatının üzvü, blogger  Zaur Qurbanlının yeri 2 sutkadan sonra bəlli oldu.  Daxili İşlər Nazirliyi Z.Qurbanlının polisə müqavimətdə təqsirli bilinərək haqqında inzibati həbs cəzasının seçildiyini açıqlayıb. Bu  barədə  RATİ-nin mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqud Qəmbər məlumat verib.

“Daxili İşlər Nazirliyi bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən həmin gün  Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb”,- deyə qeyd edən T.Qəmbər bildirib ki, iki sutkadan çox nə ictimaiyyətə nə də ailə üzvlərinə Z.Qurbanlının harada olmağı barədə məlumat verilib.
“Zaur Qurbanlının NİDA Vətəndaş Hərəkatına  yeni üzvlər cəlb eləmək üçün hazırladığımız plakata görə  həbs ediblər.  Plakatda “Mən 2013-də gedərəm…”, təşkilatımızın saytında isə bu fikrin davamı olaraq “əgər sən NİDA-qa üzv olsan” fikri qeyd olunub”. Bunu isə NİDA-nın idarə heyətinin digər üzvü Rəşad Həsənov qeyd etdi.
Belə ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də dolayısı ilə  Zaur Qurbanlının həbsinin əsil səbəbini açıqlayıb. “Zaur Qurbanlının iş yerində axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar da götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır”.
Vəkili Əsabəli Müstafayev də dünən Z.Qurbanlı ilə görüşə bilib. Vəkil Onun hələdə Mütəşəkkil Cinayətkarlığa Qaşı Mübarizə İdarəsində saxlanıldığını bildirib. Habelə vəkil çıxarılmış məhkəmə hökmündən qısa müddət ərzində apellyasiya şikayəti veriləcəyini deyib.

Previous Post

TİBB UNİVERSİTETİNİN YENİ KORPUSU YANDI

Next Post

ZAUR QURBANLININ HƏBSİ GƏNCLƏRİ QORXUTMAQ CƏHDİDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.