Sentyabrın 29-dan özlərini Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir qrup mülki geyimli şəxs tərəfindən naməlum istiqamətə aparılan NİDA Vətəndaş Hərəkatının üzvü, blogger Zaur Qurbanlının yeri 2 sutkadan sonra bəlli oldu. Daxili İşlər Nazirliyi Z.Qurbanlının polisə müqavimətdə təqsirli bilinərək haqqında inzibati həbs cəzasının seçildiyini açıqlayıb. Bu barədə RATİ-nin mətbuat mərkəzində keçirdikləri mətbuat konfransında NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqud Qəmbər məlumat verib.
“Daxili İşlər Nazirliyi bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan əməliyyat məlumatı əsasında saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən həmin gün Abşeron Rayon Məhkəməsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinin tələblərinə əsasən 15 gün müddətinə inzibati həbs qərarı çıxarılıb”,- deyə qeyd edən T.Qəmbər bildirib ki, iki sutkadan çox nə ictimaiyyətə nə də ailə üzvlərinə Z.Qurbanlının harada olmağı barədə məlumat verilib.
“Zaur Qurbanlının NİDA Vətəndaş Hərəkatına yeni üzvlər cəlb eləmək üçün hazırladığımız plakata görə həbs ediblər. Plakatda “Mən 2013-də gedərəm…”, təşkilatımızın saytında isə bu fikrin davamı olaraq “əgər sən NİDA-qa üzv olsan” fikri qeyd olunub”. Bunu isə NİDA-nın idarə heyətinin digər üzvü Rəşad Həsənov qeyd etdi.
Belə ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də dolayısı ilə Zaur Qurbanlının həbsinin əsil səbəbini açıqlayıb. “Zaur Qurbanlının iş yerində axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar da götürülüb. Hazırda bununla bağlı araşdırma aparılır”.
Vəkili Əsabəli Müstafayev də dünən Z.Qurbanlı ilə görüşə bilib. Vəkil Onun hələdə Mütəşəkkil Cinayətkarlığa Qaşı Mübarizə İdarəsində saxlanıldığını bildirib. Habelə vəkil çıxarılmış məhkəmə hökmündən qısa müddət ərzində apellyasiya şikayəti veriləcəyini deyib.