“ZERKALO” QƏZETİNİN MƏHKƏMƏSİ YENƏ TƏXİRƏ SALINDI

sentyabr 24th, 2008
Bu gün (24 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiası ilə  "Zerkalo" qəzeti və qəzetin əməkdaşı Alyona Myasnikovaya qarşı  növbəti məhkəmə prosesi keçirilməli idi.

Prosesdə nə iddiaçı, nə də cavabdeh tərəf iştirak etməyib. Hakim Qurbanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məhkəməyə ərizə ilə müraciət etdiyini və iddiaçının prosesin 2 həftə müddətinə təxirə salmağı xahiş etdiyini bildirib. Daha sonra hakim iddiaçının xahişini nəzərə alaraq məhkəmə prosesini  oktyabrın 7-i saat 11:00-a qədər  təxirə salıb.
Xatırladaq ki, "Zerkalo" qəzetində "Ölüm cəzası", "Açıq vərəm zonası", "Qobustan qəbiristanlığı" adlı məqalələr dərc olunub. Buna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəməyə müraciət edərək məqalə müəllifi Myasnikovanın 50 min  AZN həcmində cərimələnməsi, "Zerkalo" qəzetinin isə təkzib verməsini tələb edib.